
Quru təmizləmə
Kostyum və zərif geyimləri təmizləyirik.
GÖDƏKÇƏ VƏ PUXOVİK
Pərqu dolğusunu, membran üzlüyü və xəz yaxalığı ayrı-ayrı işləyirik.
Bu işləri görürük.

Kuryer əşyanı təhvil alır. Materialı, ləkələri və zədələri emalatxanada yoxlayırıq. Uyğun üsulu seçir, ləkənin çıxma ehtimalını və riskləri bildiririk. Yekun qiyməti baxışdan sonra deyirik.

Etiketi, tikiş xəttini və dolğunun pərqu, yoxsa sintetik olduğunu yoxlayırıq; üzlüyün membranlı olub-olmadığını ayırd edirik. Rəngi gizli tikişdə sınayırıq. Yaxa, manjet və cib ağzındaki yağlı kiri SEITZ və BÜFA vasitələri ilə nöqtəvi işləyirik.

Pərqu dolğusunu və membran üzlüyü adətən 30 kq-lıq PURUS-da nəm təmizləmə ilə işləyirik: proqramı, temperaturu və barabanın hərəkətini dolğuya görə seçir, vasitəni Brightwell ilə dozalayırıq. Yumşaldıcı işlətmirik. Üzlük suya həssasdırsa və ya ləkə yağ əsaslıdırsa Realstar SYSTEMK4 qapalı dövrəsində SOLVONK4 həlledicisi ilə təmizləyirik.

Qurutmanı aşağı temperaturda, fasilələrlə aparırıq: dolğu tam qurumasa iy və kif yaranır. Qalan topaları əllə açır, sonra PONY-da buxar və hava ilə çiyin, yaxa və manjet xəttinə forma veririk. Son yoxlamadan sonra qablaşdırırıq.
Ev maşınında dolğu bir tərəfə yığılır, qurutma isə yarımçıq qalır — nəticədə tük topalanır və iy yaranır. Biz 30 kq-lıq maşında geyimi sıxmadan yuyuruq və qurutmanı fasilələrlə, dolğu tam quruyana qədər aparırıq.
Çox halda bəli: topalar yuma və nəzarətli qurutma zamanı açılır, qalanlarını əllə dağıdırıq. Dolğu əvvəl bir neçə dəfə yarımçıq qurudulubsa və ya pərqu qırılıbsa, əvvəlki həcm tam qayıtmaya bilər — bunu baxışda deyirik.
Membranlı üzlüyü ayırd edib ona uyğun proqram seçirik: aşağı temperatur, zəif mexaniki təsir, yumşaldıcısız və silikonsuz vasitə. Yumşaldıcı membranın məsamələrini bağlayır, buna görə onu heç bir halda işlətmirik.
Örtük geyindikcə və yuma ilə zəifləyir. Yenilənməsi ayrıca işdir: baxışda üzlüyün buna uyğun olub-olmadığını deyirik və qiymətini ayrı veririk. Uyğun olmayan üzlükdə örtük ləkə kimi oturur, ona görə zorla çəkmirik.
Sökülən xəzi ayırıb ayrıca işləyirik — xəz başqa rejim tələb edir. Sökülməyən xəzi örtüb qoruyuruq. Təbii xəzdə tükün quruması uzun çəkir, buna görə belə gödəkçələrin müddəti bir az artır.
İy adətən dolğunun içində qalan nəmdən və tərdən gəlir. Yaxanı və qoltuq altını ayrıca işləyir, qurutmanı dolğu tam quruyana qədər davam etdiririk. İy keçməyibsə təhvil vermirik: səbəbini tapıb təkrar işləyirik.
Ən yaxşı vaxt mövsümün sonudur — mart-aprel: təmiz və quru saxlanan gödəkçə iy vermir, saralmır və növbəti qışa hazır qalır. Oktyabr-noyabrda hamı birdən gətirir, müddət uzanır. Dörd filialın hamısı qəbul edir: 28 May (Kövkəb Səfərəliyeva 19A), Nərimanov (Əlicabbar Orucəliyev 126), Ağ Şəhər (Süleyman Vəzirov 28c/1) və Elmlər (Fətəli Xan Xoyski 14). 28 May, Nərimanov və Elmlər B.e-Şən 10:00-19:00, bazar 12:00-18:00; Ağ Şəhər hər gün 10:00-22:00 işləyir. Gəlmək istəmirsinizsə kuryer götürüb qaytarır — *3338 və ya +994 55 433 33 38.
Evdə yumaq mümkündür, amma üç şərt var: maşının həcmi, qurutma rejimi və üzlüyün növü. Hansı halda risk etməyə dəyməz və nə üçün.